Icma.az, Qol.az saytına istinadən bildirir.
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Milan”ın fransalı yarımmüdafiəçisi Adrien Rabyo yaşıl meydanlara geri dönüb.
QOL.az xəbər verir ki, təxminən bir ay əvvəl Fransa millisinin heyətində baldır əzələsindən zədə alan futbolçu artıq komanda ilə məşqlərə başlayıb. Onun “İnter”lə baş tutacaq derbi matçında meydana çıxması gözlənilir.
Təcrübəli oyunçunun sözlərinə görə, sağalma prosesi bir qədər uzun çəksə də, hazırda özünü həm fiziki, həm də psixoloji cəhətdən tam hazır hiss edir. Futbolçu derbi atmosferini yaşamaq üçün səbirsizləndiyini vurğulayıb.
Qeyd edək ki, Rabyonun yoxluğunda A Seriyasında çıxış edən “Milan” bu müddətdə keçirdiyi oyunlarda cəmi 2 qələbə qazana bilib.