Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Milan”ın futbolçusu derbini buraxa bilər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
“Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çik zədə səbəbindən sıradan çıxıb.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, ingiltərəli futbolçu “Udineze” ilə matçda sol budunun daxili əzələsindən zədələnib. Müayinə zamanı onun əzələsində yırtıq aşkarlanıb.
Loftus-Çikin vəziyyəti iki həftə sonra yenidən qiymətləndiriləcək. Onun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, “Milan” “Udineze” üzərində qələbədən sonra xallarının sayını 18-ə çatdırıb. Komanda oktyabrın 28-də “Bolonya”nı qəbul edəcək, oktyabrın 31-də isə “İnter”lə qarşılaşacaq.