Milanın futbolçusu üçün il başa çatdı

09.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Milan"ın futbolçusu Kristian Pulişiç zədələnib. Sport24.az xəbər verir ki, o, A seriyasının 15-ci turunda "Atalanta" ilə oyunda sıradan çıxıb.

26 yaşlı yarımmüdafiəçi ayaq əzələsindən zədə alıb. Pulişiç zədə səbəbindən bu il meydana çıxa bilməyəcək.

O, gələn ilin yanvarında ümumi komanda ilə məşqlərə başlayacaq.

Qeyd edək ki, Pulişiç bu mövsüm "Milan"ın heyətində 20 oyuna çıxıb, 8 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью