“Milan”ın hücumçusu “Qalatasaray”ın hədəfində

27.03.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

İtaliyanın “Milan” klubunda icarə əsasında çıxış edən portuqaliyalı hücumçu Joao Feliks karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Ölkə.az Teleqraf-a istinadən xəbər verir ki, futbolçunun agenti Xorxe Mendeş yay transfer pəncərəsində Feliksin mümkün transferi ilə bağlı “Qalatasaray”la danışıqlar aparıb.

Feliks fevraldan "Milan"da çıxış edir. İtalyanların portuqaliyalı ilə daimi əsasda müqavilə imzalamaq niyyətində olmadığı bildirilir.

Məlumata görə, futbolçunun transfer hüquqlarına sahib olan “Çelsi” də Feliksin qayıtmasında maraqlı deyil.

Forvardın özünün də “Qalatasaray”a keçmək istədiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью