“Milan”ın hücumçusu “Qalatasaray”la anlaşdı

07.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Milan”ın futbolçusu Rafael Leau karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” portuqaliyalı hücumçunu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə İstanbul klubunun Leau ilə illik 9 milyon avro qarşılığında anlaşma əldə etdiyi bildirilir.

“Qalatasaray” Rafael üçün “Milan”a 35 milyon avro təklif edib. İtaliya klubu oyunçunun satışından azı 50 milyon avro qazanmaq arzusundadır.

Leau 2019-cu ildən “Milan”da çıxış edir. O, “qırmızı-qaralar”da 261 oyunda 71 qol, 62 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью