Milanın müdafiəçisi Yuventusa keçir

28.12.2024

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Milan"ın müdafiəçisi Fikayo Tomori İtaliya A seriyasında klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Ağ-qaralar" Tomorini yanvar ayında heyətinə qatmağı planlaşdırır. "Yuventus" 27 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 25 milyon avro və Danilonu təklif edəcək.

Qeyd edək ki, "Milan" Fikayo Tomorini 2021-ci ilin yanvar ayında "Çelsi"dən transfer edib. İngiltərə millisinə də dəvət alan arxa xətt oyunçusu bu mövsüm A Seriyası təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью