“Milan”ın qolkiperi oyun zamanı huşunu itirib

12.04.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Milan"ın qapıçısı Mik Menyan A Seriyasının 32-ci turunun "Udineze" ilə matçında komanda yoldaşı Aleks Ximeneslə toqquşub. Sport24.az xəbər ver ir ki, toqquşmadan sonra fransalı qolkiper huşunu itirib və onu meydandan çıxarıblar.

Jurnalist Daniele Lonqonun verdiyi məlumata görə, Fransa millisinin qapıçısı başından zədə alandan bir müddət sonra özünə gəlib və müayinə üçün xəstəxanaya aparılıb.

Qeyd edək ki, qolkiper cari mövsümdə ümumilikdə 44 oyun keçirib, onlardan 11-də qapısını "quru" saxlayıb. Onun "Milan"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью