“Milan”ın sabiq hücumçusu İtaliyada klubunu dəyişdi

30.08.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliyalı hücumçu Patrik Kutronu klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı futbolçu “Komo”dan “Parma”ya keçib. Bu barədə klubların mətbuat xidməti məlumat yayıb.

Kutronu icarə əsasında 2026-cı ilin yayına kimi “Parma”nın formasını geyinəcək.

Forvard daha əvvəl “Vulverhempton”, “Empoli”, “Valensiya”, “Fiorentina”, “Milan” kimi klublarda çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью