futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Milan”ın sabiq hücumçusu Mbaye Nyanqın yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, forvard ölkəsinin “Dunkirk” komandasına keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Nyanq ilə 1 illik müqavilə imzalanıb.
31 yaşlı futbolçu karyerası ərzində “Milan”, “Kan”, “Monpelye”, “Uotford”, “Torino”, “Bordo”, “Empoli”, “Sampdoriya” kimi komandalarda çıxış edib.