“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

23.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın “Milan” futbol komandasının sahibi Cerri Kardinale transfer planları və heyətin qorunması istiqamətində aparılan danışıqlara münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Kardinale İspaniyanın “Real Madrid” komandasının hücumçusu Endrikin mümkün transferi barədə “Milan News”a danışıb.

“Endrik müzakirə olunan adlardan biridir. Layihəmiz tək bir futbolçu ilə məhdudlaşmır. O, öz mövqeyində dünyanın ən yaxşı oyunçularından biridir, bəlkə də ən yaxşısıdır. Ona böyük hörmət bəsləyirəm. Transfer bazarında nələrin baş verəcəyini görəcəyik”, - deyə klib rəhbəri bildirib.

Kardinale yarımmüdafiəçi Adrien Rabyo ilə müqavilənin uzadılması üçün danışıqların davam etdiyini də təsdiqləyib:

“Adrieni çox sevirəm, o, ən sevdiyim futbolçulardan biridir. İnanılmaz oyunçudur. Həm özünə, həm də ailəsinə böyük hörmətim var. Danışıqlar aparırıq və ümid edirəm ki, tezliklə hər şey müsbət yekunlaşacaq. Düşünürəm ki, o, “Milan”ın simvoluna çevrilməlidir”.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью