Milanın transfer hədəfi: Reşford, yoxsa Uoker? İdman və Biz | Icma.az
Icma.az, Idman.biz saytına istinadən bildirir. "Milan"ın qış transferi dövründə əsas hədəfi bəlli olub.
İdman.biz xəbər verir ki, komanda Markus Reşfordu heyətinə cəlb etmək arzusundadır.
Bu gün İngiltərə mətbuatında "rossoneyerlilər"in "Mançester Siti"nin müdafiəçisi Kayl Uokerlə müqavilə bağlayacağı xəbərləri yayılıb.
Amma "Milan" ilk növbədə ön xətdəki çatışmazlığı həll etməyə çalışdığı bildirilib və komandanın Reşfordla danışıqlar apardığı vurğulanıb.
Qeyd edək ki, İtaliya Superkubokunu qazanan "Milan"ın A Seriyasında işləri qaydasında deyil. Komanda 28 xalla 8-ci pillədə qərarlaşıb.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu