Milanın yeni baş məşqçisi məlumdu

30.12.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Milan"ın baş məşqçisi Paulu Fonseka istefa verib. Sport24.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis bu barədə "Roma" ilə heç-heçə (1:1) etdikləri A Seriyasının XVIII turunun oyunundan sonra açıqlamasında bildirib.

Portuqaliyalı baş məşqçini bu postda həmyerlisi Serjiu Konseysau əvəzləyəcək.

Qeyd edək ki, komanda A Seriyasında 17 matçdan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb. Paulu Fonseka bu ilin iyunundan "Milan"da işləyirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью