futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milanın “İnter” klubu “Kalyari”nin 19 yaşlı hücumçusu Pol Mendini heyətinə qatmaq variantını nəzərdən keçirir.
Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Milan təmsilçisi 2007-ci il təvəllüdlü futbolçunu artıq uzun müddətdir müşahidə altında saxlayır. Hətta klubun idman direktoru Pyero Auzilio və köməkçisi Dario Baççin oktyabrın ortalarında Monzaya yollanaraq gənc oyunçunu canlı izləyiblər. Skautların Berqamo və digər səfərlərdən hazırladıqları hesabatlarda Mendi barədə yüksək fikirlər yer alıb.
Hələlik tərəflər arasında rəsmi danışıqlara başlanılmasa da, bu keçidin Anj-Yoan Bonninin taleyindən asılı olduğu bildirilir. Fransalı forvard gələn yay Milan təmsilçisindən ayrılacağı təqdirdə, Pol Mendi onun potensial əvəzləyicilərindən biri kimi dəyərləndiriləcək.