“Milan”nın qolkiperi cəzalandırıldı

05.03.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliyanın "Milan" klubunun qapıçısı Mayk Menyan baş hakimi təhqir etdiyinə görə 1 oyunluq diskvalifikasiya olunub.

Apasport.az xəbər verir ki, o, A Seriyasının XXVII turunun "Latsio" (1:2) ilə matçından sonra baş hakimi təhqir etdiyi üçün cəzalandırılıb.

Fransalı qolkiper görüşün final fitinin ardından paltardəyişmə otağına gedən tuneldə baş hakimə qarşı qeyri-etik ifadələr işlədib.

29 yaşlı "əlcək sahibi" bu davranışına görə eyni zamanda 15 min avro cərimələnib.

Qyed edək ki, Menyan martın 8-də "Leççe" ilə keçiriləcək oyunu buraxacaq.

“Milan”ın 2 ulduzu yayda komandadan ayrılacaq “Napoli” futbolçusu ilə müqavilə yenilədi "Yuventus"da ciddi itki UEFA Ranyerini cərimələdi Terim harda, böhran orda: Ərəb klubunda işlər qarışıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью