MilanYuventus matçı qolsuz başa çatdı

24.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə İtaliya A Seriyasında XIII tura start verilib.

"Cebheinfo.az" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında son çempion "İnter" səfərdə "Verona"nı 5 cavabsız qolla darmadağın edib.

Mərkəzi oyunda isə "Milan" "Yuventus"la münasibətlərinə aydınlıq gətirib. Prinsipial görüşdə qapılara qol vurulmayıb.

Bu nəticələrdən sonra "İnter" 28 xalla turnir cədvəlinə başçılıq edir. "Yuventus" 25 xalla 6-cı, "Milan" 19 xalla 7-cidir.

Qeyd edək ki, turun digər matçları sabah keçiriləcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью