Mili Məclisdən Prezident İlham Əliyevin amnistiya təşəbbüsünə dəstək gəldi

16.12.2025

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü minlərlə ailəyə sevinc gətirəcək.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bugünkü plenar iclasında deyib.

"Bu, minlərlə ailəyə sevinc gətirəcək addımdır. Dövlət başçısının təşəbbüsünü dəstəkləyirəm", - o qeyd edib.

Milli Məclisin digər üzvü Bəhruz Məhərrəmov isə bildirib ki, Azərbaycan liderinin amnistiya elan edilməsi təşəbbüsü dövlətin öz vətəndaşına sahib çıxmağı bacardığını göstərir:

"Son amnistiya təşəbbüsü göstərir ki, Azərbaycan dövləti və lideri öz vətəndaşına sahib çıxmağı bacarır. Yəni kənar saxta hüquq-müdafiə təşəbbüslərinə ehtiyac yoxdur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью