Milibend: Folklend adaları Britaniyanındır

04.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Londonun Folklend adaları ilə bağlı mövqeyi dəyişməzdir, adalar Britaniyanındır və belə də qalacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Böyük Britaniyanın Folklend adaları ilə bağlı mövqeyi dəyişməzdir. Adalar Britaniyanındır və belə də qalacaq, ada sakinlərinin əksəriyyəti məhz bu mövqedədir", - o yazıb.

Milibend vurğulayıb ki, ada sakinlərinin öz müqəddəratını təyinetmə hüququ birinci dərəcəli əhəmiyyət kəsb edir, çünki o, beynəlxalq hüquqa əsaslanır və Britaniya onu qətiyyətlə müdafiə edəcək.

Daha əvvəl Argentina Prezidenti Xavyer Miley bildirmişdi ki, Folklend adaları tarixə və qanuna görə Argentinaya məxsusdur. Onun fikrincə, Böyük Britaniya adaları işğal edib, Argentina hakimiyyətini qovub və orada müstəmləkə rejimi qurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью