Millət vəkili Asiya Parlament Assambleyasının Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin…
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2024-cü il 4-7 noyabr tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən təşkilatın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclasında iştirak etmişdir.
Newscenter.az xəbər verir ki, komitə iclasının açılış mərasimində Qətər Dövlətinin Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim, Asiya Parlament Assambleyasının Prezidentinin təmsilçisi olaraq Milli Məclisin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev, APA-nın baş katibi Mohammad Reza Majidi, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini Boris Çernışov çıxış etmişlər.
Komitə iclasında APA Büdcəsinin Planlaşdırılması haqqında qətnamə layihəsi müzakirə olunmuşdur.
Komitə iclası çərçivəsində Asiya Parlament Assambleyasının Büro iclası keçirilmişdir.
Tədbirdə Azərbaycan, Rusiya, Qətər, Bəhreyn və İraqın nümayəndə heyətlərinin rəhbərləri iştirak etmişdirlər.
İclasda təşkilatın fəaliyyəti ilə bağlı aktual məsələlər müzakirə olunmuşdur.
Rizvan Nəbiyev açılış sessiyasındakı çıxışında Asiya dövlətləri arasında parlamentlərarası əlaqələrin çoxtərəfli, eləcə də ikitərəfli formatda inkişafı prosesində Asiya Parlament Assambleyasının rolunu qeyd etmişdir.
Tam oxu
Xəbəri oxu