Millət vəkili: Azərbaycan və Macarıstan münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir …
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İki ölkə bir sıra mühüm beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edir""Azərbaycan və Macarıstan arasında münasibətlər son illərdə strateji əməkdaşlıq səviyyəsinə yüksəlib".Bunu Milli Məclisin üzvü Şahin Seyidzadə "Sherg.az"a açıqlamasında deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidentinin Macarıstana rəsmi səfəri bu münasibətlərin möhkəmləndirilməsi və yeni sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Səfər çərçivəsində aparılan danışıqlar göstərdi ki, iki ölkə bir sıra mühüm beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edir.
Azərbaycan və Macarıstanı birləşdirən yalnız bugünki iqtisadi maraqlar deyil, həm də ortaq tarixi köklər, mədəni yaxınlıq və siyasi dəyərlərdir.
Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə beynəlxalq hüquqa əsaslanaraq – BMT-nin Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində həyata keçirilmişdir.
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi regional sabitlik üçün əhəmiyyətli addım olub.
Müharibədən sonra isə sülh təşəbbüslərinin müəllifi də məhz Azərbaycan olub.
Ermənistan bu təşəbbüslərə müəyyən düzəlişlərlə razılaşsa da, Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlaması sülh prosesini ləngidir.
Tam oxu
Xəbəri oxu