Millət vəkili məktəblilərlə görüşəcək

24.01.2025

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


“Məktəbdə...” layihəsinin növbəti görüşü yanvarın 23-də paytaxtdakı 88 nömrəli tam orta məktəbdə keçiriləcək.
Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı millət vəkili Hikmət Babaoğlu olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.
Ruhiyyə Mehdiyeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью