Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, AK Parti Konya millət vəkili Orhan Erdem bildirib ki, bu gün Azərbaycan səlahiyyətlilərinin Qarabağdakı problemdən sonra yeni torpaq tələbi yoxdur.
Orhan Erdem / Foto: Orxan, Bizimyol.info
“Hər kəs öz sərhədlərinə sahib çıxsın. Amma haqqı olan, burada doğulan və mülkü olan insanların haqqlarını müdafiə edirik. İnsanın ən təbii haqqıdır ki, doğulduğu torpağa getsin, istəsə orada yaşasın. Varsa, mülkünü geri alması da onun haqqıdır. Bu istiqamətdə başlanan bütün işləri dəstəkləyirik. Azərbaycanın yanında olmağa davam edəcəyik”-deyə Orhan Erdem qeyd edib.
Orxan Musa - İradə Cəlil, Bizimyol.info