Millət vəkili: Rəsmi Bakı ABŞ Azərbaycan münasibətlərində itirilmiş dövrün tarixə qovuşaca…
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına verdiyi müsahibəsində ABŞ ilə münasibətlərə də toxundu.
O, yeni dövrün başlanmasının hər iki tərəfin marağında olduğunu vurğulayaraq qeyd etdi ki, son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən ABŞ-Azərbaycan münasibətlərində itirilmiş bu dövr artıq tarixə qovuşacaq".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev, Donald Trampın ABŞ-yə rəhbərlik etdiyi dövrü xatırlayaraq, həmin zamanlar əlaqələrin uğurla inkişaf etdiyini və Trampla birgə işləmə təcrübəsinin çox müsbət olduğunu ifadə edib: "Bu baxımdan, ABŞ-Azərbaycan münasibətlərinin yenidən başlanması istiqamətində pozitiv bir atmosfer yaranacağına inandığını bildirdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ümummilli lider Heydər Əliyev ölkənin xarici siyasətində balanslı və müstəqil bir mövqe tutmağa çalışdı.
Onun rəhbərliyi dövründə ABŞ ilə münasibətlər əhəmiyyətli dərəcədə inkişaf etdi.
Ümummilli lider Heydər Əliyev həmçinin ABŞ-nin regiondakı strateji əhəmiyyətini və Azərbaycanın Avroatlantik inteqrasiyasını nəzərə alaraq, iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədini güdürdü.
Tam oxu
Xəbəri oxu