Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir qrup İran qanunvericisi xarici işlər naziri Abbas Əraqçinin vəzifəsindən uzaqlaşdırılmasını tələb edir.
"Yeni Sabah" xəbər verir ki, impiçment prosesinə başlamaq üçün tələb artıq Məclisdə (parlament) qeydə alınıb.
A.Əraqçinin 2024-cü ildən bəri tutduğu vəzifədən uzaqlaşdırılması təklifinin müəllifi ultra-mühafizəkar düşərgəni təmsil edən millət vəkili Əmir Hüseyn Sabetidir. O, İran diplomatiyasının rəhbərinə qarşı şikayətlər arasında BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda ABŞ administrasiyasının nümayəndələri ilə əlaqələri də qeyd edib. pizza mizza
Sabetinin sözlərinə görə, danışıqlar Ali Rəhbər Müctəba Xameneinin icazəsi olmadan baş tutub.
Əraqçinin istefası üçün kampaniya İranın neft naziri Möhsün Paknejadın istefasından 2 gün sonra başlayıb.