Millət vəkilləri Şimali Kiprin 41ci ildönümündə FOTOLAR

29.11.2024

Icma.az bildirir, Yenigundem saytına əsaslanaraq.

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 41-ci ildönümünə həsr olunan tədbir keçirilib.

”Yeni Gundem” xəbər verir ki,  tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Türkiyənin Azərbaycandakı Səfirliyinin və ölkəmizdəki diplomatik korpusların nümayəndələri iştirak ediblər.

Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı səfiri Ufuk Turganer Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 41-ci ildönümünü Azərbaycanda qeyd etməkdən qürur duyduğunu bildirib.

O, Şimali Kiprin müstəqillik mübarizəsindən bəhs edərək, Mustafa Kamal Atatürkün bu yolda Şimali Kipr xalqına böyük dəstəyinin unudulmadığını qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью