Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Millət vəkillərinə Yeni il münasibətilə mükafat və yaxud “13-cü maaş” verilməyib.
Bu barədə Axar.az-a millət vəkili Elşad Musayev deyib.
“Ümumiyyətlə bizdə heç vaxt belə bir şey olmayıb”, - deputat bildirib.
Qeyd edək ki, ölkəmizdə bəzi qurumlarda əməkdaşlara Yeni illə bağlı pul mükafatları təqdim edilib.