Millətlər Liqası: 3 cü tur start götürür

01.10.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Bu gün UEFA Millətlər Liqasında 3-cü tur start götürəcək.

Fanat.Az xəbər verir ki, turun ilk günündə 8  oyun baş tutacaq.

Açılış oyunu ölkəmizdə təşkil olunacaq. D Liqasında mübarizə aparan Azərbaycan millisi Bakıda Lixtenşteyn yığması ilə qarşılaşacaq.
D Liqasında daha bir matç Malta ilə Cəbəllüttariq arasında olacaq.

Digər görüşlərə gəlincə, A Liqasının 2-ci qrupunda Almaniya Serbiya seçməsi ilə, Yunanıstan isə Niderland ilə üz-üzə gələcək.

A Liqasının 4-cü qrupunda Danimarka Portuqaliya millisi ilə, Uels isə Norveç yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bundan başqa, B Liqasının 3-cü qrupunda İrlandiya – Avstriya və İsrail – Kosovo matçları baş tutacaq. 

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
1 oktyabr

D Liqası, 2-ci qrup

20:00. Azərbaycan – Lixtenşteyn

A Liqası, 2-ci qrup

22:45. Almaniya – Serbiya
22:45. Yunanıstan – Niderland

A Liqası, 4-cü qrup

22:45. Danimarka – Portuqaliya
22:45. Uels – Norveç

B Liqası, 3-cü qrup

22:45. İrlandiya – Avstriya
22:45. İsrail – Kosovo

D Liqası, 1-ci qrup

22:45. Malta – Cəbəllüttariq

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью