Millətlər Liqası: 9 qol vuruldu, İspaniya finala yüksəldi

06.06.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün UEFA Millətlər Liqasında ikinci finalçı müəyyənləşib.

Fanat.Az xəbər verir ki, ikinci yarımfinal oyununda İspaniya və Fransa yığmaları qarşılaşıblar.

Almaniyanın Ştutqart şəhərində baş tutacaq görüşü ingilis baş hakim Maykl Oliver idarə edib. 

9 qolun vurulduğu qarşılaşmada İspaniya seçməsi qalib gəlib və həlledici matçda Portuqaliya ilə üz-üzə gəlmək hüququ qazanıb.

Qeyd edək ki, ötən gün baş tutan ilk yarımfinal görüşündə Portuqaliya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

UEFA Millətlər Liqası
Yarımfinal 
5 iyun

İspaniya Fransa 5:4
Qollar: Uilyams, 22. Merino, 25. Yamal, 54-pen; 67. Pedri, 55 – Mbappe, 59-pen. Şerki, 79. D.Vivian, 84-öz qapısına. Muani, 90+3

Baş hakim: Maykl Oliver (İngiltərə).
Ştutqart. "MHP Arena".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью