Millətlər Liqası: Azərbaycan millisi Estoniyaya qarşı

16.11.2024

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Qəbələdə Estoniyanı qəbul edəcək.

Tribunainfo.az xəbər verir ki, C Liqasının I qrupunun oyunu saat 18:00-da başlayacaq.

Matçı Şotlandiyadan olan FIFA referisi Con Biton idarə edəcək. Qrupun digər görüşündə Slovakiya İsveçin qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

Qeyd edək ki, I qrupda İsveç və Slovakiyanın 10, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

16 noyabr

V tur

18.00 Azərbaycan – Estoniya

Baş hakim: Con Biton (Şotlandiya).

Qəbələ şəhər stadionu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью