Millətlər Liqası: Azərbaycan millisi son oyuna çıxır

19.11.2024

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

Qaynarinfo xəbər verir ki, komanda C Liqasının I qrupunun matçında İsveçlə qarşılaşacaq.

Görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək. Qarşılaşmanı Polşadan olan FIFA referisi Pavel Raçkovski idarə edəcək.

Azərbaycan millisi daha əvvəl Estoniya (1:3, 0:0), Slovakiya (0:2, 1:3) və İsveç (1:3) ilə qarşılaşıb.

Qeyd edək ki, I qrupda İsveç 13 xalla liderdir. Yığmamız 1 xalla sonuncu pillədə qərarlaşıb.

Millətlər Liqası

VI tur

19 noyabr

C Liqası, I qrup

23.45 İsveç - Azərbaycan

Baş hakim: Pavel Raçkovski (Polşa).

Solna, "Friends Arena".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью