Millətlər Liqası: Azərbaycan və Estoniya yığmalarının start heyətləri açıqlanıb

16.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Azərbaycan və Estoniya yığmalarının start heyətləri açıqlanıb.

"Report"un Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: Rza Cəfərov, Elvin Cəfərquliyev, Ozan Can Kökcü, Coşqun Diniyev, Ramil Şeydayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Toral Bayramov, Aleksey İsayev, Abbas Hüseynov, Musa Qurbanlı.

Estoniya: Karl Yakob Heyn, Mihael Şyonninq-Larsen, Robert Şeyn, Henri Anyer, Kevor Palumets, Maksim Paskotsi, Yonas Tamm, Martin Miller, Karol Mets, Marr Poom, Vlasiy Sinyavski.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 18:00-da start götürəcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью