Millətlər Liqası: Fransa Türkiyəni tək qolla məğlub etdi

26.09.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, turnir çərçivəsində müxtəlif liqalar üzrə növbəti matçlar baş tutub.

A Liqasında Fransa səfərdə Türkiyəni Kilian Mbappenin yeganə qolu ilə 1:0, Belçika isə İtaliyanı 2:0 hesabı ilə məğlub edib.

B Liqasında Şimali İrlandiya Gürcüstanı (1:0), Ukrayna Macarıstanı (1:0) səfərdə üstələyib. İsveç öz evində Rumıniyaya 2:1 hesabı ilə qalib gəlib.

Qeydə alınan nəticələr:

UEFA Millətlər Liqası

I tur

A Liqası

İtaliya – Belçika 0:2

Qollar: Mika Qodts, 20, Dodi Lukebakio, 69

Türkiyə – Fransa 0:1

Qol: Kilian Mbappe, 54

B Liqası

Gürcüstan – Şimali İrlandiya 0:1

Qol: Şea Çarlz, 90+9

Macarıstan – Ukrayna 0:1

Qol: Danilo Sikan, 42

Polşa – Bosniya və Herseqovina 0:0

İsveç – Rumıniya 2:1

Qollar: Aleksandr İsak, 20, Viktor Gyökeres, 43 – Dennis Man, 29

C Liqası

Ermənistan – Latviya 2:0

Qollar: Georgi Arutyunyan, 31, Artur Qaribyan, 75

Monteneqro – Kipr 2:1

Qollar: Nikola Krstoviç, 66 (pen.), Milutin Osmayiç, 86 – Markus Edvards, 55

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью