Millətlər Liqası: İspaniya səfərdə Danimarkanı məğlub etdi

16.11.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Millətlər Liqasının A seriyasının 5-ci turunun səfər matçında İspaniya Danimarkadan güclü olub - 1:2.

Oxu.Az xəbər verir ki, görüşün əvvəlində hesabı favorit açıb - Mikel Oyarsabal fərqlənib. İkinci qolu Ayose Peres vurub.

Danimarkanın heyətində isə Qustav İsaksen adını tabloya yazdırıb.

13 xal toplayan İspaniya vaxtından əvvəl qrupun qalibi olub və birinci yerdən pley-offa (1/4 finala) yüksəlib. Danimarka uğursuzluğa baxmayaraq, ikinci yerdə qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью