Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
İrlandiya və İsrail arasında Millətlər Liqası çərçivəsində keçirilməli olan matçın formatında dəyişiklik edilib.
QOL.az xəbər verir ki, İrlandiya Futbol Assosiasiyasının (FAI) açıqlamasına əsasən, oyun neytral meydanda və azarkeşsiz, qapalı qapılar arxasında keçiriləcək.
Əvvəlcə görüşün oktyabrın 4-də Dublindəki “Aviva” stadionunda baş tutması planlaşdırılırdı. Lakin yaranmış vəziyyət və artan etirazlar fonunda qərar dəyişdirilib. İsrailin ev oyununun da sentyabrın 27-də neytral meydanda keçirilməsi gözlənilir.
FAI qərarı təhlükəsizlik məsələləri ilə əsaslandırıb. Bildirilir ki, müxtəlif tərəflərlə aparılan məsləhətləşmələrdən sonra bu addım atılıb.