Millətlər Liqası: pleyoff mərhələsinin püşkü atılıb

22.11.2024

Icma.az, Reyting.az saytına istinadən bildirir.


UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Məlumata görə, püşk nəticəsində 1/4 final cütləri müəyyənləşib.
Bu raundda Niderland İspaniyaya, Danimarka Portuqaliyaya, Xorvatiya Fransaya, İtaliya isə Almaniyaya rəqib olub.
İtaliya/Almaniya cütünün qalibi yarımfinalda Niderland/İspaniya duelinin güclüsü ilə görüşəcək.
Danimarka - Portuqaliya matçında qalib gələn tərəf isə Niderland - İspaniya görüşündə qələbə qazanan yığma ilə görüşəcək.
Qeyd edək ki, qarşılaşmalar 2025-ci ilin martında keçiriləcək.

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью