Millətlər Liqası: Portuqaliya darmadağın oldu, Norveç evdə sevindi

15.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

UEFA Millətlər Liqasında V turun növbəti oyun günündə sürpriz nəticələr qeydə alınıb.

Futbolpress.az xəbər verir ki, A Liqasının 4-cü qrupunda Portuqaliya doğma meydanda Danimarkanı qəbul edib. Matçda qonaqlar rəqibini darmadağın ediblər – 4:1. Danimarka yığmasının heyətində Pyer-Emil Hoyberq, Rasmus Hoylund və Yoakim Andersen fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu matçın sonlarında Bernardo Silva vurub.

Qrupun digər oyununda Norveç doğma divarlar arasında Uelsə şans verməyib – 3:1. Skandinaviyalıların heyətində Antonio Nusa, Andreas Şelderup və Erlinq Haaland qolları ilə yadda qalıblar. Uelsin yeganə qoluna David Bruks imza atıb.

B Liqasında Macarıstan səfərdə Gürcüstanı Laşa Dvalinin avtoqolu və Barnabaş Varqanın dəqiq zərbəsi ilə 2:0 məğlub edib. Şimali İrlandiya evdə Ukraynanı Terri Devlinin qolu ilə 1:0 üstələyib.

Qeydə alınan nəticələr:

UEFA Millətlər Liqası

V tur

A Liqası

Qrup 4

Norveç – Uels 3:1

Qollar: Antonio Nusa, 59, Andreas Şelderup, 68, Erlinq Haaland, 88 (pen.) – David Bruks, 79

Portuqaliya – Danimarka 1:4

Qollar: Bernardo Silva, 90+3 – Pyer-Emil Hoyberq, 43 (pen.), Rasmus Hoylund, 49, 57, Yoakim Andersen, 75

B Liqası

Qrup 2

Gürcüstan – Macarıstan 0:2

Qollar: Laşa Dvali, 73 (avtoqol), Barnabaş Varqa, 85

Şimali İrlandiya – Ukrayna 1:0

Qol: Terri Devlin, 68

B Liqası

Qrup 3

Kosovo – İsrail 0:0

Avstriya – İrlandiya 1:0

Qol: Saşa Kalayziç, 78

B Liqası

Qrup 4

Rumıniya – Polşa 2:1

Qollar: Aleksandru Çikaldau, 68, Dennis Man, 72 – Marsel Requla, 82

İsveç – Bosniya və Herseqovina 3:2

Qollar: Daniel Svensson, 5, Viktor Qyökeres, 11 (pen.), 45+2 (pen.) – Armin Giqoviç, 47, Səid Kolaşinac, 62

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью