Millətlər Liqası: Rumıniya İsveç matçı Elçin Məsiyevə tapşırıldı

04.10.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, ədalət təmsilçisi oktyabrın 5-də keçiriləcək Millətlər Liqasının Rumıniya - İsveç qarşılaşmasını idarə edəcək.

Məsiyevin yan xətlərdə köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaqlar.

Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Buxarestdə baş tutacaq matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью