Millətlər Liqası: Türkiyə millisi Uels yığması ilə heçheçə edib AZƏRTAC

16.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 noyabr, AZƏRTAC

UEFA Millətlər Liqasında V turun oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, B Liqasının IV qrupunda yer alan Türkiyə millisi doğma meydanda Uels seçməsini qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Matçın 89-cu dəqiqəsində Kərəm Aktürkoğlu penalti zərbəsini dəqiq yerinə yetirməyib.

Bu nəticədən sonra xallarını 11-ə çatdıran Türkiyə millisi turnir cədvəlinə başçılıq edir. Uels isə 9 xalla 2-ci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью