Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Millətlər Liqasında 1/4 finala yüksələn komandaların tam siyahısı bəlli olub.
Sport24.az xəbər verir ki, bu, qrup mərhələsinin VI turunun ikinci günündən sonra dəqiqləşib.
Mübarizənin başa çatdığı 1-ci qrupdan Portuqaliya və Xorvatiya, 2-ci qrupdan Fransa və İtaliya, 4-cü qrupdan İspaniya və Danimarka 1/4 finala adlayıb.
Son oyunları bu gün keçiriləcək 3-cü qrupdan isə Almaniya və Niderland növbəti mərhələyə yüksəlib.
1/4 finalın püşkatması noyabrın 22-də keçiriləcək. Bu mərhələnin matçları 2025-ci il martın 20-də və 25-də baş tutacaq.
Qeyd edək ki, Millətlər Liqasının son qalibi İspaniya yığması olub. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.