Millətlər Liqasında 5ci tura yekun vuruldu

17.11.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Millətlər Liqasında 5-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, son oyun günündə 9 matç keçirilib.

C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi Qəbələ şəhər stadionunda Estoniyanı qəbul edib. Fernandu Santuşun baş məşqçilik etdiyi yığmamız bu rəqiblə son görüşündə - 3-cü tur oyununda 1:3 hesabı ilə uduzub. Bu oyunda isə komandalar qol vura bilməyib və görüş 0:0 hesabı ilə başa çatıb. 

Türkiyənin milli komandası isə evdə Uelslə qarşılaşıb. Bu oyunda qolsuz bərabərliklə başa çatıb.

Almaniya Bosniya və Herseqovinanı 7, Niderland isə Macarıstanı 4 cavabsız qolla məğlub edib. Qonşu Gürcüstan isə Ukraynanı qonaq edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün Millətlər Liqasında qrup mərhələsinin son - 6-cı turu start götürəcək.

Millətlər Liqası, 5-ci tur

A Liqası

3-cü qrup

23:45. Almaniya - Bosniya və Herseqovina - 7:0

23:45. Niderland - Macarıstan - 4:0

Xallar: Almaniya - 13, Niderland - 8, Macarıstan - 5, Bosniya və Herseqovina - 1.

B Liqası

1-ci qrup

21:00. Gürcüstan  - Ukrayna - 1:1

23:45. Albaniya - Çexiya - 0:0

Xallar: Çexiya - 8, Gürcüstan - 7, Albaniya - 7, Ukrayna - 5.

4-cü qrup

21:00. Monteneqro - İslandiya - 0:2

21:00. Türkiyə - Uels - 0:0

Xallar: Türkiyə - 11, Uels - 9, İslandiya - 7, Monteneqro - 0

C Liqası

1-ci qrup

18:00. Azərbaycan - Estoniya - 0:0

23:45. İsveç - Slovakiya - 2:1

Xallar: İsveç - 13 Slovakiya - 10, Estoniya - 4, Azərbaycan  - 1.

D Liqası

2-ci qrup

21:00. Andorra - Moldova - 0:1

Xallar: Moldova - 9 (4 oyun), Malta - 6 (3 oyun), Andorra - 0 (3 oyun)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью