Millətlər Liqasında ardıcıl üç oyunda məğlub olan millimizin heyətinin açıqlanacağı tarix bəlli olub

06.11.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisinin noyabrda Millətlər Liqasında keçirəcəyi oyunlar üçün heyəti noyabrın 8-də açıqlanacaq.

Oxu.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin gün saat 12:00-da qurumun inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya və noyabrın 19-da səfərdə İsveç yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью