Millətlər Liqasında bütün 1/4 finalçılar bəlli oldu SİYAHI

18.11.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə qrup mərhələsinə yekun vurulub.
Modern.az xəbər verir ki, son tur yekunlaşandan sonra 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç yığmaları növbəti mərhələyə vəsiqə qazanıblar. 
1/4 final mərhələsinin püşkatma mərasimi noyabrın 20-də keçiriləcək. Bu mərhələnin ilk oyunları 2027-ci il martın 25-27-də, cavab qarşılaşmaları isə martın 28-30-da baş tutacaq.

Turnirin final mərhələsi 2027-ci il iyunun 9-13-də təşkil olunacaq.
UEFA Millətlər Liqasının ötənilki qalibi Portuqaliya millisidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью