Millətlər Liqasında ikinci finalçı bəlli olur

05.06.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bu gün UEFA Millətlər Liqasında ikinci finalçı müəyyənləşəcək.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə İspaniya və Fransa yığmaları üz-üzə gələcəklər.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma “Ştutqart Arena”da keçiriləcək.

Məğlub komanda 3-cü yer uğrunda Almaniya ilə oyuna çıxacaq.

Xatırladaq ki, birinci yarımfinal oyununda Portuqaliya 2:1 hesabı ilə Almaniya üzərində qələbə qazanaraq finala çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью