futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Millətlər Liqasında bu gün 1/4 final mərhələsinin püşkü atılacaq.
Futbolpress.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirə saat 15:00-da start veriləcək.
Püşkatmada Fransa, Almaniya, İngiltərə, Portuqaliya, Niderland, Belçika, İspaniya və Norveç iştirak edəcək.
Bu mərhələnin oyunları 2027-ci ilin martında keçiriləcək.
Millətlər Liqasının son qalibi Portuqaliya olub.