Millətlər Liqasında püşk vaxtı: Türkiyə yığmasının rəqibi bilinəcək

22.11.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim saat 15:00-da start götürəcək.

Püşkdə A Liqasında 1/4 finalın və A, B, C və D Liqalarının pley-off cütləri məlum olacaq.

B Liqasında qrupu ikinci sırada bitirən Türkiyə yığmasının da pley-offdakı rəqibi bilinəcək. "Ay ulduzlular" Belçika, Macarıstan və ya Serbiyaya rəqib olacaq.

Oyunlar martda təşkil ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью