Millətlər Liqasında qrup mərhələsi başa çatdı

20.11.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən gecə UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu – VI turda 9 qarşılaşma baş tutub.

Türkiyə səfərdə Monteneqroya məğlub olub. Macarıstan öz meydanında Almaniya ilə "sülh" bağlayıb

Millimizlə eyni qrupda yer alan komandaların görüşündə Slovakiya Estoniyanı minimalhesabla məğlub edib.

UEFA Millətlər Liqası

VI tur

A Liqası

III qrup

Bosniya və Herseqovina – Niderland 1:1

Macarıstan – Almaniya 1:1

Xal durumu: Almaniya - 14, Niderland - 9, Macarıstan - 6, Bosniya və Herseqovina - 2.

B Liqası

I qrup

Çexiya – Gürcüstan 2:1

Albaniya – Ukrayna 1:2

Xal durumu: Çexiya - 11, Ukrayna - 8, Gürcüstan - 7, Albaniya - 5.

IV qrup

Monteneqro – Türkiyə 3:1

Uels – İslandiya 4:1

Xal durumu: Uels - 12, Türkiyə - 11, İslandiya - 7, Monteneqro - 3.

C Liqası

I qrup

Slovakiya – Estoniya 1:0

İsveç – Azərbaycan 6:0

Xal durumu: İsveç - 16, Slovakiya - 13, Estoniya - 4, Azərbaycan - 1.

D Liqası

II qrup

Malta – Andorra 0:0

Xal durumu: Moldova - 9, Malta - 7, Andorra - 1.

Qeyd edək ki, noyabrın 22-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью