Millətlər Liqasının qalibi müəyyənləşir YENİLƏNİR

08.06.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Fanat.Az xəbər verir ki, final mərhələsi Almaniyada təşkil olunan yarışın son günündə həlledici oyunlar keçiriləcək.

Saat 17:00-da 3-cü yer uğrunda, 22:45-də isə final oyunu baş tutacaq.

Millətlər Liqasının qalibi "Alyians Arena" oynanılacaq Portuqaliya - İspaniya duelində müəyyənləşəcək. 

3-cü yer uğrunda isə görüşdə isə Almaniya ilə Fransa üz-üzə gələcək. 

UEFA Millətlər Liqası
3-cü yer uğrunda oyun

17:00. Almaniya - Fransa
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Ştutqart. "Arena MHP".

Final

22:45. Portuqaliya - İspaniya
Baş hakim: Sandro Şorer (İsveçrə)
Münhen. "Alyians Arena".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью