Milli 16 oyunçu ilə başladı

18.08.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək futzal üzrə Azərbaycan millisinin Bakıda toplanışı başlayıb.

Futbolpress.az xəbər verir ki, bu gün ilk məşqinə çıxan futzalçılarımız sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək.

Qeyd edək ki, Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.

N Ad, soyad Klub 1 Emin Kürdov (q) Araz-Naxçıvan 2 Vladislav Reznov (q) Araz-Naxçıvan 3 Kamran Hacıyev (q) Baku Fire 4 Emil Həsənzadə Araz-Naxçıvan 5 Xəzər Ağalızadə Araz-Naxçıvan 6 İlham Alıyev Araz-Naxçıvan 7 Tofiq Mikayılov Baku Fire 8 Nurlan Mehdizadə Baku Fire 9 Oktay Rüstəmli Baku Fire 10 Fərid Abbasov Baku Fire 11 Fərid Atakişiyev Neftçi İK 12 Ülvi Əliyev Araz-Naxçıvan 13 Mirzə Əmirov Neftçi İK 14 Eldar Zeynalov Neftçi İK 15 Seymur Məmmədov Neftçi İK 16 Murad Quluzadə Baku Fire
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью