futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın U-18 basketbol yığması Avropa çempionatının B divizionunda son oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində təşkil edilmiş turnirdə yığmamız 15-16-cı yerlər uğrunda görüşdə İslandiya millisi ilə qarşılaşıb.
Görüş islandların 91:73 hesablı qalibiyyəti ilə başa çatıb.
Azərbaycan millisi Avropa çempionatını 22 komanda arasında 16-cı pillədə başa vurub.