Milli 4 qol vurdu

17.11.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Omanın U-23 yığması ilə ikinci yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, məhsuldar keçən qarşılaşma millimizin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Matça sürətli başlayan qonaqlar artıq 2-ci dəqiqədə Məhəmməd Əl-Buraidinin qolu ilə hesabı açıblar. Lakin təşəbbüsü ələ alan yığmamız fasiləyə qədər önə keçməyi bacarıb. 28-ci dəqiqədə Elgün Dünyamalıyev bərabərliyi bərpa edib, 42-ci dəqiqədə isə Əli Xəlilov komandamızı hesabda irəli çıxarıb.

İkinci hissədə də üstün oyununu davam etdirən millimiz 65-ci dəqiqədə İlkin Cəfərlinin qolu ilə fərqi artırıb. Bir dəqiqə sonra Tarik Əl-Sadi fərqi minimuma endirsə də, 78-ci dəqiqədə Niyazi Osmanov matçda son nöqtəni qoyub.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk yoxlama görüşü də yığmamızın qələbəsi (2:1) ilə yekunlaşmışdı.

Qeydə alınan nəticə:

Yoxlama oyunu

17 noyabr

Azərbaycan (U-21) – Oman (U-23) 4:2

Qollar: Elgün Dünyamalıyev, 28, Əli Xəlilov, 42, İlkin Cəfərli, 65, Niyazi Osmanov, 78 – Məhəmməd Əl-Buraidi, 2, Tarık Əl-Sadi, 66

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью