Milli 6 qolla qələbə qazandı

24.10.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında AF qrupunun ilk matçı baş tutub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandası Timor-Leste yığması ilə qarşılaşıb. Tam üstünlüklə keçən görüşdə futbolçularımız rəqib qapısından 6 cavabsız top keçirərək darmadağına imza atıblar.

Yığmamızın heyətində Müşfiq Zamanov və Həsən Məmmədov dubla imza atıblar. Komandamızın digər qollarını isə Yusif Əlizadə və Asim Allahverdizadə vurub.

Qeydə alınan nəticə:

FIFA U-15 Dünya Çempionatı və Festivalı

AF qrupu

Azərbaycan U-15 – Timor-Leste U-15 6:0

Qollar: Müşfiq Zamanov, 11, 37, Yusif Əlizadə, 25, Həsən Məmmədov, 27, 28, Asim Allahverdizadə, 31 (pen.)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью